Həkimdən XƏBƏRDARLIQ: Bu əlamətlər insultdan xəbər verir
11 Dekabr 2025, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
403
25.04.2025, 13:05
Tibb mütəxəssislərinin sertifikasiya şəhadətnaməsini əldə etmələri ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Oxu24.xəbər verir ki bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş tibb mütəxəssisləri, o cümlədən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və bu Qanunun 49-1-ci maddəsinin on üçüncü hissəsinə uyğun olaraq sertifikasiya imtahanından keçdikdən sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.
Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların bu maddənin beşinci hissəsinə uyğun olaraq davamlı peşəkar inkişafının (bundan sonra – DPİ) qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir.
DPİ praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən akkreditasiya olunmuş elmi və (və ya) tədris tədbirlərində iştirakı, o cümlədən elmi, pedaqoji və (və ya) müstəqil DPİ fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanması yolu ilə həyata keçirilir.
DPİ üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası qaydası və DPİ fəaliyyətinin kredit ekvivalenti, həmin kreditlərin təsdiqlənməsi üçün lazım olan sənədlər və hesablanmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
DPİ üzrə 5 (beş) il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş minimum krediti toplayan və ya sertifikasiya imtahanından keçən şəxslərə sertifikasiya şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) verilir. Şəhadətnamə 5 (beş) il müddətində etibarlıdır. Minimum krediti toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməlidirlər.
Həmçinin oxuyun
Sınaq imtahanı istisna olmaqla sertifikasiya imtahanı ödənişsizdir. Sınaq imtahanında iştirak könüllüdür və onun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sertifikasiya imtahanında iştirak edən şəxslərə onların ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yolverilməzdir.
Təklif olunan digər dəyişikliyə əsasən, tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən 5 (beş) il müddətində şəhadətnamə tələb olunmur.
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 (altı) ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. Sertifikasiya imtahanından təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Qeyd olunub ki, layihədə nəzərdə tutulan dəyişikliyə əsasən də məhz sertifikasiya şəhadətnaməsinin əldə edilməsi üçün tibb mütəxəssislərinin öz seçimlərindən asılı olaraq 5 (beş) ildə bir dəfə imtahanda iştirak etməsi və ya elmi, pedaqoji və digər tədris fəaliyyətləri ilə məşğul olmaqla davamlı peşəkar inkişafını həyata keçirməsi təklif olunur.
15:58 / 13 Dekabr 2025
18
15:47 / 13 Dekabr 2025
16
15:39 / 13 Dekabr 2025
31
15:08 / 13 Dekabr 2025
1043
14:50 / 13 Dekabr 2025
45
14:38 / 13 Dekabr 2025
68
14:28 / 13 Dekabr 2025
63
14:22 / 13 Dekabr 2025
58
14:12 / 13 Dekabr 2025
195
13:14 / 13 Dekabr 2025
699
13:07 / 13 Dekabr 2025
385
12:58 / 13 Dekabr 2025
242
12:16 / 13 Dekabr 2025
1033
12:08 / 13 Dekabr 2025
116
11:44 / 13 Dekabr 2025
78
11:30 / 13 Dekabr 2025
97
11:09 / 13 Dekabr 2025
936
11:07 / 13 Dekabr 2025
413
10:25 / 13 Dekabr 2025
1133
09:15 / 13 Dekabr 2025
883
09:06 / 13 Dekabr 2025
812
08:45 / 13 Dekabr 2025
138
08:37 / 13 Dekabr 2025
162
00:28 / 13 Dekabr 2025
162
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.